ANAMA-dan xəbərdarlıq: "Ani toxunuş ölümə səbəb ola bilər"

"Təmizlədiyimiz ərazilərdə sürpriz, yəni təyinatı dəyişdirilmiş minalara da rast gəlirik. Ani toxunuş ölümə səbəb ola bilər".
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 2 saylı təmizləmə qrupunun əməliyyat meneceri Ehtiram Cəfərov bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından başlayan təmizləmə əməliyyatları əsasən Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır: "Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, beynəlxalq humanitar hüquq normalarını pozaraq ərazilərin minalanması zamanı öz mənfur xislətini ortaya qoyub. Su borularının ətrafında və içərisində kiçik ölçüdə və maraqlı görünüşlü minalar yerləşdiriblər. Vətəndaşlardan xahiş edirik, ərazidə olarkən qəti belə əşyalara toxunmasınlar. Ani toxunuş ölümə səbəb ola bilər. Bütün bunlara baxmayaraq ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir".
Report.az
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











