Atasını 21 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə atasını öldürməkdə təqsirli bilinən Laçın Novruzovun kassasiya şikayətinə baxılıb.
Avtosfer.az-ın xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2017-ci ilin yanvar ayında Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib. 1995-ci il təvəllüdlü L.Novruzov yaşadıqları evdə atası, 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlunu 21 bıçaq zərbəsi ilə qətlə yetirib.
İttihama görə, içki aludəçisi olan və tez-tez ailə üzvlərini təhqir edərək zor tətbiq edən M.Məmmədov yanvarın 4-də gecə saatlarında evə yenidən sərxoş gəlib. Anasına qarşı nalayiq ifadələr işlətməsindən sonra L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən verdiyi apellyasiya şikayəti isə təmin edilməyib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












