AUKUS çərçivəsində nüvə mühərriklərinə dair məlumat mübadiləsi aparılacaq

ABŞ, Avstraliya, Böyük Britaniya arasında nüvə sualtı qayıqlarında istifadə olunan texnologiyanı özündə birləşdirən müdafiə müqaviləsi (AUKUS) çərçivəsində dəniz qüvvələrindəki nüvə mühərriklərinə dair məlumat mübadiləsi barədə saziş imzalanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın müdafiə naziri Piter Dattonun ABŞ və Böyük Britaniya səfirləri ilə imzaladığı saziş noyabrın 20-də ABŞ Prezidenti Cozef Bayden tərəfindən əvvəlcədən dəstəklənmişdi.
Xatırladaq ki, Asiya və Sakit okean regionunda Çin təhlükəsinə qarşı bu il sentyabrın 15-də imzalanmış AUKUS-un şərtlərinə görə, Avstraliya ABŞ texnologiyası ilə adi silahlarla təchiz olunmuş azı 8 ədəd nüvə sualtı qayığı inşa edəcək, ordusunu ABŞ istehsalı olan qanadlı raketlərlə təchiz edəcək. Bununla bağlı Avstraliya Fransa ilə 12 sualtı qayığın tikintisi barədə qüvvədə olan 50 milyard avroluq müqaviləyə birtərəfli şəkildə xitam verib. Hazırda Avstraliya dəniz qüvvələrində nüvə sualtı qayığı yoxdur.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












