Avropa İttifaqının ən varlı və yoxsul ölkələri - SİYAHI

Ən zəngin insanlar Danimarkada, kasıblar Rumıniyada yaşayır...
Danimarka Mərkəzi Bankı Avropa İttifaqında ən varlı və yoxsul ev təsərrüfatlarına malik ölkələrin siyahısını müəyyənləşdirib.
Avtosfer.az Marja-ya istinadən xəbər verir ki, qurum Avropa Mərkəzi Bankının maliyyə hesabları ilə bağlı açıqladığı məlumatları təhlil edərək, maraqlı nəticələrə gəlib.
Ev təsərrüfatlarının orta sərvəti və aktivlərinə görə Danimarka Avrozonada liderlik edir. Burda borc öhdəlikləri çıxıldıqdan sonra hər evə təxminən 1,32 milyon Danimarka kronu (210 min 259 dollar) sərvət düşür. Bu isə 27 üzvü olan Avropa İttifaqında orta göstəricinin (450 min kron) təxminən üç qatıdır.
Siyahıdakı növbəti yerlərin də əksəriyyəti Şimali və Mərkəzi Avropa ölkələrinə məxsusdur. Ən yoxsul ölkələrin sıralamasına isə 60 min kronla (9552 dollar) Rumıniya başçılıq edir.
Ən varlı ölkələrin 10-luğu:
Danimarka - 1 milyon 320 min kron
Niderland - 1 milyon 130 min kron
İsveç - 1 milyon 80 min kron
Lüksemburq - 930 min kron
Belçika - 900 min kron
Fransa - 590 min kron
Avstriya - 560 min kron
İrlandiya - 550 min kron
İtaliya - 540 min kron
Almaniya - 530 min kron
Ən yoxsul ölkələrin 10-luğu:
Rumıniya - 60 min kron
Slovakiya - 70 min kron
Bolqarıstan - 90 min kron
Polşa - 90 min kron
Xorvatiya - 110 min kron
Latviya - 110 min kron
Litva - 140 min kron
Macarıstan - 140 min kron
Yunanlstan - 140 min kron
Estoniya - 180 min kron
1 Danimarka kronu = 0,1592 dollar
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












