Avropa Komissiyası “Air France” aviaşirkətinə yardımı təsdiqləyib

Avropa Komissiyası Fransa tərəfindən “Air France” aviaşirkətinə maliyyə yardımı edilməsinə icazə verib.
Avtosfer.az “Prime” xəbər saytına istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında yerləşdirilib.
Bildirilir ki, “Air France” koronavirus pandemiyasına görə maliyyə problemləri ilə üzləşib və Fransa aviaşirkətə yardım etmək üçün onun yenidən kapitallaşdırılmasına 4 milyard avro yönəltməyi planlaşdırır.
Avropa Komissiyası artıq Fransanın bu planına razılıq verib.
“Air France” aviaşirkətinin sahibi “Air France-KLM” holdinqidir. Fransa hökuməti holdinqdə 14 % pay sahibidir.
Dövlət yardımı iki hissədən ibarət olacaq. Birinci hissə 3 milyard avro həcmində dövlət kreditin ayrılmasını nəzərdə tutur. Avropa Komissiyası tərəfindən 2020-ci ilin mayında təsdiqlənmiş və Fransa tərəfindən artıq şirkət üçün ayrılmış bu kreditin hibrid kapitala çevriləcəyi bildirilir. Dövlət yardımının ikinci hissəsi çərçivəsində isə Fransa şirkətin 1 milyard avro dəyərində olan səhmlərinin əlavə emissiyasını planlaşdırılır.
Avropa Komissiyasının məlumatına görə, yeni səhmlər yalnız mövcud səhmdarlar arasında deyil, həmçinin bazarda yerləşdiriləcək.
“Fransa “Air France”ın kapitalının möhkəmləndirilməsi üçün 4 milyard avroya qədər ödəniş edəcək və ona koronavirusun yayılması nəticəsində yaranmış maliyyə çətinliklərindən çıxmağa kömək edəcək”, - Avropa Komissiyasının icraçı vitse-prezidenti Marqret Vestager bildirib.
Ötən ilin yayında “Air France-KLM” şirkətlər qrupu koronavirus pandemiyasının yaratdığı böhranın fonunda 2022-ci ilin sonuna qədər 7 500 iş yerini ixtisar edəcəklərini bəyan edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












