Avropaya səyahət qaydaları dəyişir, 3-cü doza tələb olunacaq

Avropa İttifaqı (Aİ) daxilində səyahət və üçüncü ölkələrdən daxil olan zaman təqdim edilən COVID-19 sertifikatlarının etibarlılığına yenidən baxılır.
Bu barədə Avropa komissarı Didye Reynders Brüsseldə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Aİ sertifikatın etibarlılığını 9 ayla məhdudlaşdırmaq niyyətindədir. Müddət ikinci dozanın qəbulundan hesablanacaq və vaksinin üçüncü əlavə (buster) dozası tələb ediləcək, peyvəndin üçüncü dozası olmadıqda sertifikat etibarlı olmayacaq.
Qərar son vaxtlar Avropada koronavirusa yoluxma hallarının əhəmiyyətli dərəcədə artması fonunda, eləcə də elmi sübutlara əsaslanaraq qəbul edilib.
2022-ci il martın 1-dən qüvvəyə minəcək qaydalar 6 yaşdan 17 yaşa qədər olan yaş qrupuna da şamil olunacaq.
Bundan əlavə, bütün uçuşlarda mənfi PCR test nəticəsi tələb olunacaq.///report
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











