Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi - FOTO - YENİLƏNİB

Pakistanın daha dörd vətəndaşı Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təxliyə edilənlərdən biri isə diplomatdır.
Qeyd edək ki, ümumilikdə 123 Pakistan vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
***15:45
Avstriyanın beş diplomatı İrandan Azərbaycana təxliyə edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə həyata keçirilib.
Qeydiyyat prosedurlarından sonra diplomatlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Onların arasında Avstriyanın Tehrandakı səfiri Fridrix Ştift də var.



***
7 mart saat 14:00-dək olan məlumata əsasən, daha iki Nigeriya vətəndaşı Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Cənub bürosu xəbər verir.
Qeyd edək ki, bundan əvvəl beş Nigeriya vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.


***
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1761 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, onlar 66 ölkənin vətəndaşlarıdır.
Belə ki, fevralın 28-i saat 08:00-dən martın 7-si saat 10:00-a qədər sərhədi 297 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 487, Rusiyanın 282, Tacikistanın 173, Pakistanın 118, Omanın 57, İtaliyanın 44, İndoneziya 32, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, İranın 21, Fransa 16, Gürcüstanın 13, Bolqasıtan 10, Konqo 10, Braziliyanın səkkiz, Britaniya səkkiz, Belarus, Özbəkistan hərəsinin yeddi, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın, Kanadanın hərəsinin altı, Serbiya və Nigeriyanın, Qazaxıstanın, Əfqanıstan, Çexiya hərəsinin beş, Bəhreyin, İordaniya, İsveçrə, Şri-Lanka, Yaponiyanın, Ukrayna, Türkiyənin, Macarıstanın, Belçikanın, Küveytin hərəsinin dörd, Qətər, Banqladeş, Meksika, Filippin, Finlandiya, Rumıniya, Xorvatiyanın hərəsinin üç, Nepal, Livan, Qırğızıstan, Yəmən, Sudan, Hindistan, Kiprın hərəsinin iki, Polşa, Avstraliya, Tunis, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, İsveç, Almaniya, Vatikanın hərəsinin bir vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












