Avtobus və velosiped zolaqları taksi sürücülərinin "gününü qara edib" - VİDEO

Avtobus və velosiped zolaqları taksi sürücüləri üçün problemə çevrilib
Paytaxtda avtobus zolaqları, eləcə də velosiped zolağının çəkilməsi vətəndaşlar üçün xeyli rahatlıq yaratsa da bu məsələ taksi sürücüləri üçün bır sıra çətinliklər yaradıb. Belə ki, taksi xidməti ilə məşğul olan zaman vətəndaşları təyin olunan yerdə mindirib düşürmə halları bəzən sürücülər üçün cərimələrlə nəticələnir.
Avtosfer.az xəbər verir ki, taksi sürücüsü Əli Vəliyev imtahandan uğurla keçib. 2020-ci ildən də qanuni taksi fəaliyyəti ilə məşğuldur. Lakin əksər yerlərdə taksi duracağı olmadığına görə o bu ay 300 manat cərimələnib:
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirdilər ki, hazırda Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Lakin, mövcud taksi duracaqlarının əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən hətta nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












