Avtomobil bazarında vəziyyət necədir? - AÇIQLAMA

Bu ilin iyul ayında Azərbaycanda yeni avtomobillər 2% bahalaşıb, köhnə avtomobillərin qiymətləri isə dəyişməyib.
Bunu Report -a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Onun sözlərinə görə, bahalaşmaya səbəb dünyada logistika xərclərinin artmasıdır.
Bundan başqa, ekspert deyib ki, ötən ay Azərbaycanda avtomobil satışı əvvəlki aya nisbətən bir qədər az olub: “Azalma həm birinci əl, həm də ikinci əl avtomobil bazarında yaşanıb. İyulda həmişəki kimi birinci əl avtomobil bazarında krossover və mini krossoverlər daha çox satılıb. İkinci əl avtomobil bazarında mühərrik həcmi 1 500 kub santimetr civarında olan sedan və heçbek tipli avtomobillərə üstünlük verilib”.
“Bu ayın sonuna qədər bazarda aktivlik aşağı olacaq. Gələn aydan aktivlik yüksəlməyə başlayacaq. Bu proses Azərbaycanın avtomobil bazarına xas olan bir haldır. Mövsümlə əlaqədar həmişə belə olur. Eyni zamanda payızdan ölkədə müxtəlif marka avtomobillərin yeni modellərini görə biləcəyik. Xüsusən də mini krossoverlərin daha çox artacağını gözləyə bilərik”, - E.Cəfərov əlavə edib.
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO












