Axtarışda olub-olmadığını yoxladı: Polis oğrunun evinə gəldi

Kramatorskda axtarışda olan şəxs özü patrul əməkdaşlarını evinə çağırıb.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, o, çoxlu oğurluq etdiyinə görə axtarılırmış.
Həmin şəxs 102-yə zəng edərək məsləhətə ehtiyacı olduğunu bildirib. Çağırış yerinə gələn patrul xidmətinin əməkdaşları onunla görüşüblər. Kişi bir az sərxoş olub və axtarışda olub-olmadığını yoxlamaq istəyib.
Polis bazasına əsasən patrul müəyyən edib ki, 41 yaşlı yerli sakin dəfələrlə oğurluq etdiyinə görə həqiqətən də aktiv axtarışdadır.
Polisdən verilən məlumata görə, kişiyə vəziyyəti aydınlaşdırmaq üçün polis idarəsinə getməyi təklif ediblər. O, özünü tamamilə sakit aparıb.
“Deyə bilərəm ki, bu, bizim təcrübəmizdə ilk dəfədir baş verir. Polis, əlbəttə, belə bir çağırışa təəccüblənib”, - Kramatorsk patrul polisinin spikeri Kseniya Yatsen deyib.
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











