AYNA: Standartlarımız sovet dövründən qalıb, yenilənməyib

Azərbaycanda nəqliyyat infrastrukturunda zolaqların ölçüsü, xətlər, nişanlar və digər məsələlərlə bağlı standartlar yenilənməyib.
Bunu açıqlamasındaAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.
O, bildirib ki, ölkədə tətbiq edilən standartlar sovet dövründən qalıb:
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə iş aparır. Müəyyən standartlar təqdim edilir və təsdiqlənir. Amma ümumilikdə, bir çox hallarda Rusiyanın yeni təsdiq olunmuş standartlarına baxmağa məcbur oluruq. Eyni zamanda, Avropa ölkələrinin təcrübələrinə baxırıq. Bu təcrübələri ölkəmizdə tətbiq edəndə həmişə onların pilot layihə olduğunu deyirik və həmin standartların bizim yerli standartlara əlavə olunması barədə müvafiq müraciətlər edirik”.
“AYNA olaraq Amerika şirkəti ilə əməkdaşlıq edirik. Bütün layihələrdə onların hansısa formada iştirakı həyata keçirilir. Eyni zamanda bizim kollektivdə rusiyalı, türkiyəli, qazaxıstanlı mütəxəssislər də var”, - deyə o, əlavə edib.
(apa)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












