Aynişan dələduzluqda ittiham olunur - Avtomobilin qalibi gizli açıqlandı - VİDEO

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva dələduzluqda ittiham edilib. Belə ki, Aynişan bir neçə gün öncə 1 milyon 200 min izləyicisi olan “Instaqram” hesabında “giveaway” yarışması keçirəcəyini elan edib.
Yarışda avtomobil daxil olmaqla beş hədiyyə təqdim edilib və ödəniş qarşılığında sponsor cəlb olunub.
İddiaya görə, oyunda yer alan istifadəçilərin seçimində şəffaflıq pozulub. Aynişan qalibi seçən “Random” proqramını canlı yayımda seçim zamanı yox, əvvəlcədən yükləyib. Daha sonra qaliblər seçilib, lakin avtomobilin qalibi açıqlanan zaman canlı yayım kəsilib.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, fasilə zamanı təşkilatçılar öncədən müəyyənləşdirilmiş şəxsin “WhatsApp”ına yazıb ki, “hazırlaşsın, birinci yox, ikinci zəngdən sonra telefonu açsın”.
Yenidən canlıya qoşulan Aynişan qalibin adını açıqlasa da, onun necə seçildiyini göstərməyib.
“Ssenari”yə uyğun olaraq Aynişan sözügedən şəxsə zəng vurub, ancaq qarşı tərəf dəstəyi götürməyib.
Canlı yayımı “screen” edən təşkilatçı səhvən sözügedən vatsap yazışmalarını da lentə alıb. Həmin görüntüləri isə Aynişan diqqətsizlik edərək səhifədə yerləşdirib.
Bundan sonra A.Quliyevanın ünvanına tənqidi şərhlər yazılıb. Bloqer sözügedən məsələdən sonra “Instaqram” səhifəsində açıqlama yayıb:
“Mənim səhifəmdə həmin yarışı təşkilatçılar keçirib. Onlarla danışıqlar aparanda dedim ki, hansı proqramla qalibi seçəcəyik? Cavabları “Random” oldu. Çünki ən böyük yarışların qalibi sözügedən proqramla seçilir. Mən heç bir proqrama müdaxilə etmirəm, başım çıxmır. Vicdanıma sığışdırıb kimisə bu yolla aldatmaram! Sizin güvəninizi sarsıdacaq bir şey edə bilmərəm. Mən yarışı həmişə öz səhifəmin canlısında açırdım. Lakin təşkilatçıların xahişi ilə yeni “Ayniyarış” səhifəsində açdım. Qalibləri seçən zaman internetdə problem yarandı. Zəng gəldi ki, donmalar var. Canlını dayandırıb yenidən qoşuldum. Qalibləri seçdik. Evə gəldim, anam soruşdu ki, yarış necə keçdi? Əla olduğunu bildirdim. Anam baxmaq üçün səhifəyə girdi, gördü ki, yüklənən canlı yayım silinib. Təşkilatçılara zəng vurdum, söylədilər ki, izləyicilər artıq-əksik şərh yazdığı üçün silinib. Sonra gördüm ki, səhifələr heç bir əsası olmayan məlumatlar paylaşırlar. Sən demə, ekranı “screen” edən zaman yazışmalar olub. Təşkilatçılar bunu edib”.
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB










