"Azad edilmiş ərazilər üçün xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir" - Deputat

"İşğaldan azad edilmiş ərazilər üçün xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir. Vergi güzəştləri pozitiv, müsbət addımdır. Ancaq güzəştlər vergi fəlsəfəsinə uyğun olmalıdır".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, güzəştlər iqtisadiyyatda rəqabəti təşviq etməlidir: "Rəqabətə maneə olmamalıdır. Təklif edirəm ki, Vergi Məcəlləsində bu məsləyə baxılsın. İşğaldan azad edilmiş ərazilərdə güzəştlərin tətbiq edilməsi kifayət qədər pzotiv addımdır və dəstəkləyirik. Ancaq vergi fəlsəfəsi və məcəlləsi, rəqabət məcəlləsinin qorunması ilə bağlı prinsiplər olmalıdır. Bu ərazilərə xüsusi vergi bölgəsi olaraq anlayışın qanunvericiliyə gətirilməsinə ehtiyac var ki, məhz həmin anlayışın qanunvericiliyə gətirilməsi həmin ərazidən kənarda fəaliyyət göstərən sahibkarların bazarda rəqabət aparmasını məhdudlaşdırmasın".
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, hər bir vergi güzəştinin məqsədi, müddəti, dərəcəsi var: "Azad edilmiş ərazilərdə edilən vergi güzəştlərində məqsəd məhsul istehsalında rəqabətliliyi, bərabərliyi təmin etmək deyil. Biz istəyirik ki, işğaldan azad olunmuş əraziləri dirçəldək. Məhz orada məhsul istehsal olunsun ki, insanlar ora getsinlər, məskunlaşsınlar və yaşasınlar”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












