AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirdi - FOTO

Azərbaycan Hava Yolları (AZAL) Maldiv Respublikasının paytaxtı Male şəhərinə birbaşa uçuşlara başlayıb. Azərbaycanın milli aviadaşıyıcısına məxsus təyyarə 9 noyabr tarixində Velana Beynəlxalq Hava Limanına uğurla ilk enişini edib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, sərnişinlər və uçuş heyəti hava limanında qonaqpərvərlik və dostluq rəmzi olan ənənəvi çələnglərlə səmimi qarşılanıblar.
“Bakıdan Maleyə birbaşa müntəzəm uçuşlara başlamaqdan məmnunuq. Bu uçuşlar cənnət tətili arzulayan səyahətçilər üçün yeni imkanlar yaradır. Azərbaycan bazarının qış turizmi üçün daha çox seçimlərə uzun müddətdir ki, ehtiyacı var və Maldiv adaları bu mövsümdə dünyanın ən məşhur istiqamətlərindən biridir”, – deyə AZAL-ın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.
Maldiv Respublikasının Marketinq və İctimaiyyətlə Əlaqələr Korporasiyasının icraçı direktoru İbrahim Şiuri qeyd edib: “Azərbaycan Hava Yollarını Maldiv adalarında salamlamaqdan məmnunluq duyuruq. Yeni birbaşa reyslər Azərbaycandan olan səyahətçilərə adalarımızın misilsiz gözəlliyini kəşf etmək imkanı verəcək”.
“AZAL-ın Bakıdan birbaşa uçuşlar həyata keçirməsi Velana Beynəlxalq Hava Limanı üçün mühüm bir mərhələdir. Bu marşrut Orta Asiya ilə Maldivlər arasında vacib bağlantı yaradır və əsrarəngiz adalarımıza təşrif buyuran Azərbaycan turistlərini maneəsiz əlaqə və geniş səyahət imkanları ilə təmin edir”, – deyə “Maldives Airports Company Limited” şirkətinin baş kommersiya direktoru Məhəmməd Mihad vurğulayıb.
Bakı-Male istiqamətində müntəzəm reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az/az/ saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?

















