AZAL: Ermənistanın hava məkanından istifadə etmirik

"Turkish Airlines" aviaşirkətinin Naxçıvan-Gəncə istiqaməti üzrə reysi Ermənistanın hava məkanı vasitəsilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən təsdiq edilmiş və uzun müddət ərzində istifadə olunan hava yolu ilə həyata keçirilib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Qeyd edilir ki, Azərbaycanın hava məkanı vasitəsilə də xarici aviaşirkətlər tərəfindən Ermənistan hava limanlarına və Ermənistan hava limanlarından ICAO tərəfindən təsdiq edilmiş beynəlxalq hava yolları ilə uçuşlar həyata keçirilir.
"Yəni Azərbaycanın hava məkanı vasitəsilə Ermənistanın hava limanlarına uçuşlar icra etmək üçün kommersiya aviasiyasının uçuşlarına məhdudiyyət yoxdur", - AZAL-dan bildirilib.
Bundan əlavə, Azərbaycan və Ermənistan arasında münaqişə səbəbindən və qarşılıqlı maliyyə hesabatının mövcud olmaması ilə əlaqədar AZAL aviaşirkəti Ermənistanın hava məkanından keçən beynəlxalq hava yolları ilə uçuşlar yerinə yetirmir.
Xatırladaq ki, "Flight Radar" resursunun məlumatına görə, 4 sentyabr tarixində "Turkish Airlines"a məxsus sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Gəncədən Naxçıvana uçuş yerinə yetirib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












