AZAL Gürcüstana sərnişin daşınmasını 2 dəfədən çox artırıb

Bu ilin ilk 9 ayında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 43 725 nəfər sərnişin daşıyıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə sərnişinlərin sayı 24 629 nəfər və yaxud 2,2 dəfə artıb. Ötən il AZAL qonşu ölkəyə sərnişin daşınmasını koronavirus pandemiyası səbəbindən yalnız I rübdə həyata keçirib.
Yanvar-sentyabrda Azərbaycanın milli daşıyıcısı Gürcüstanın aviasiya bazarında 3 %-lik paya sahib olub.
Hesabat dövründə Gürcüstana ən çox sərnişin daşıyan xarici aviaşirkətlərin ilk üçlüyündə “Türkiyə Hava Yolları” (189 457 nəfər), “SkyUp Airlines” (160 694 nəfər) və “Belavia” (143 624 nəfər) yer alıb.
Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanla Gürcüstan arasında uçuşlar 2020-ci ilin martından bir il ərzində dayandırılmışdı. AZAL-ın aşağıbüdcəli törəməsi olan “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bu ilin martın 19-dan bərpa edib.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











