AZAL reyslərində "Travel Pass" tətbiqinin sınaqdan keçirilməsi uzadılıb

Pandemiya dövründə səyahəti asanlaşdırmağa imkan verən "IATA Travel Pass" mobil tətbiqinin sınaq müddəti 20 sentyabr 2021-ci ilə qədər uzadılır.
Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Smartfonlarda quraşdırılmış və sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən rəqəmsal "IATA Travel Pass", uçuşqabağı rəsmiyyətləri asanlaşdırır. Hazırda "IATA Travel Pass" tətbiqini AZAL və "Buta Airways"-in aşağıdakı reyslərin sərnişinləri yükləyə bilərlər:
• AZAL – Bakı – İstanbul - Bakı (GYD-IST-GYD)
• AZAL - Bakı – Moskva - Bakı (GYD-DME-GYD)
• Buta Airways - Bakı - İstanbul - Bakı (GYD-SAW-GYD)
• Buta Airways – Bakı – Jukovski - Bakı (GYD-ZIA-GYD)
Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə yola düşən bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkündür. "IATA Travel Pass" tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək. Onlar, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər. AZAL və "Buta Airways" reyslərində "IATA Travel Pass" tətbiqin sınaqdan keçirilməsində iştirak edən AZAL Miles bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mil hesablanacaq. Bundan əlavə, Bakıdan yola düşən sərnişinlər, "Travel Pass" proqramına qoşulmuş klinikalarda və laboratoriyalarda PCR test müayinəsinə güzəst əldə edəcəklər. iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün "IATA Travel Pass" tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
• Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649
• Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpa
Qeyd etmək lazımdır ki, "IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanmışdır. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.
Tətbiqin istifadəsinə dair ətraflı təlimat və dəvət kodu ilə aviaşirkətin saytında aşağıdakı linkdən keçid edərək tanış olmaq mümkündür: https://www.azal.az/az/information/iata-travel-pass
"IATA Travel Pass" tətbiqinin necə işlədiyi məlumatı ilə qısaca bu videoda tanış ola bilərsiniz: https://youtu.be/wKYaPOEyGGA
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










