AZAL vətəndaşlara xəbərdarlıq edib

Son zamanlar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır.
Avtosfer.az xəbər verir ki, bu barədə AZAL-ın açıqlamasında bildirilir.
Aviaşirkət bəyan edib ki, bu cür məlumatlar xüsusilə mesencerlər, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə ötürülür.
"AZAL vətəndaşları diqqətli olmağa və şübhəli istinadlardan istifadə etməməyə çağırır. AZAL-ın bütün rəsmi məlumatları aviaşirkətin rəsmi saytında (www.azal.az), eləcə də sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir. Həmçinin xatırlatmalıyıq ki, son vaxtlar AZAL adından hüquqi və fiziki şəxslərə əməkdaşlıq, işə qəbul və s. haqqında müxtəlif təkliflər daxil olur. AZAL-ın adından istifadə edərək dələduzluqla məşğul olan bu kateqoriyalı şəxslərin aviaşirkətə heç bir aidiyyəti yoxdur. AZAL qeyri-rəsmi mənbələrdə onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Belə hallarla rastlaşan vətəndaşlardan dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik", - deyə açıqlamada qeyd olunub.
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO











