Banner

Azərbaycan 200 nəfərin intim görüntüsünü çəkən bu qadını axtarışa verdi - VİDEO

Xəbərlər 19 Yanvar 2022 14:39 Oxunub 954
Azərbaycan 200 nəfərin intim görüntüsünü çəkən bu qadını axtarışa verdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın hüquq-mühafizə orqanları kibercinayətkarlıqda təqsirləndirilən Bolqarıstan vətəndaşını beynəlxalq axtarışa verib.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib. Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.

Axtarışa verilən 33 yaşlı Sevinc Niyazi ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən 32 nəfərlik mütəşəkkil dəstənin əsas üzvlərindən biri olub. Dəstə vətəndaşa videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq edib və bu danışığın videoçəkilişini həyata keçirib.

Daha sonra onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.

Həmin dəstənin əməlindən 200 nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşını zərər çəkib. Dəstənin Bolqarıstan Respublikasında məskunlaşdığı müəyyən edilərək həmin ölkənin Silistra əyalətində yerləşən ünvanlarda axtarış, dindirmə və digər intensiv istintaq hərəkətləri aparılıb. Cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh