Günəşdə "ölü mövsüm" başlayır

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Günəşdə qısa bir "ölü mövsüm" proqnozlaşdırıb. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə laboratoriya öz "Telegram" kanalında məlumat verib. "Günəşin görünən tərəfindəki enerji azalır. Görünənə görə, bu gün bəzi kiçik hadisələrin hələ də mümkün olduğu son gündür, sabahdan etibarən isə "ölü mövsüm" başlayacaq", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, bu dövr uzun çəkməyəcək, ehtimal ki, 2-3 gün davam edəcək, bundan sonra Günəşin əks tərəfindəki aktiv mərkəzlər ortaya çıxacaq. "Ötən gün haqqında bildirilən böyük bölgə təsvirlərdə sol kənarda təxminən cümə günü (22 may) görünəcək. Maqnit qasırğalarına gəldikdə isə, bu gün kiçik ehtimallar var, amma sabah hər şey tamamilə sıfıra enəcək", - deyə alimlər əlavə ediblər.
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”












