“Azərbaycan Dəmir Yolları” QSC-də Bakı Limanının əməkdaşları üçün təlimlər keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də sahə işçiləri üçün təlim keçirilib.
“Yol təsərrüfatının tikili və qurğuları” və “Lokomotivin təhlükəsiz idarə olunması və lokomotiv sürücüsünə siqnal vermə qaydaları” mövzusunda keçirilən təlimlərdə Limanda çalışan yol montyorları, maşinist və qatar tərtibatçıları iştirak edib.
Təlimin əsas məqsədi sahədə işləyən Liman əməkdaşlarının biliklərini çalışdıqları istiqamət üzrə təkmilləşdirmək, eləcə də onlara bu sahədə yeni praktik biliklər öyrətmək olub.
Hər iki mövzu üzrə təlimlər 7 gün davam edib və ümumilikdə təlimlərə 14 Liman əməkdaşı qatılıb. Təlimlərin sonunda iştrakçılara “Azərbaycan Dəmir Yolları” QSC-nin daxili sertifikatları təqdim olunub.
Qeyd edək ki, təlimlər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin sifarişi əsasında “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan Resursları İdarəsinin Maarifləndirmə və İnkişaf Mərkəzi tərəfindən təşkil olunub. Hazırda Mərkəz sifarişlər əsasında dəmir yolu sahəsi ilə bağlı müxtəlif mövzularda təlimlərin təşkilini həyata keçirir.
Mərkəzlə əlaqə: 012 499 62 16
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












