"Azərbaycan Dəmir Yolları" Rusiya şirkətləri ilə əməkdaşlığı genişləndirir - FOTO

Ötən gün Moskvada işə başlamış və sabah başa çatacaq “TransRussia” Beynəlxalq Nəqliyyat-Logistika Xidmətləri, Anbar Avadanlığı və Texnologiyaları Sərgisində "Azərbaycan Dəmir Yolları" QSC də törəmə şirkətləri - “ADY Ekspres” və “ADY Konteyner” MMC-lərlə birgə iştirak edir.
Avtosfer.az bu barədə quruma səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, bu sərgi Avropada ən iri nəqliyyat sərgiləri sırasındadır. Dünyada pandemiya dövrü davam etdiyinə baxmayaraq bu il sərgiyə 23 ölkədən 218 şirkət qatılıb. Tədbirdə dəmir yolu sahəsində çalışan dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar öz xidmətlərini təqdim edirlər.
Sərgidə “Azərbaycan Dəmir Yolları”nın rəsmiləri ölkəmizin tranzit imkanları barədə ətraflı məlumat verib, 44 günlük müharibədən sonra bölgədə yaranan yeni nəqliyyat - kommunikasiya, Azərbaycanın artan tranzit imkanları sərgilənib.
Azərbaycanın ərazisindən keçən Şimal-Cənub, Cənub-Qərb, Şərq–Qərb və Şimal-Qərb kimi nəqliyyat dəhlizləri, Bakı – Tbilisi – Qars dəmir yolu xətti, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti, İran Astarasındakı terminal və ölkəmizdə həyata keçirilən yeni infrastruktur layihələrinin imkanları və üstünlükləri, barədə ətraflı məlumat verilib. Müzakirələr zamanı, Azərbaycan ərazisindən keçən dəmir yolları ilə yüklərin daşınması diqqət mərkəzində olub.
Azərbaycan təmsilçiləri ölkəmizdə tranzit yükdaşımaları sahəsində görülən işlər, əldə olunmuş nailiyyətlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim ediblər və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar.
Sərgi meydanlarının ümumi sahəsi 15 min kv. m. təşkil edən 25-ci beynəlxalq nəqliyyat, loqistika və nəqliyyat texnoloqiyaları sərgisinin işində müxtəlif ölkələrdən 10 minə yaxın mütəxəssis iştirak edir.




Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












