Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov gənclər arasında keçirilən dünya çempionatının qalibi adına yiyələnib.
Avtosfer.az saytının məlumatına görə, 67 kq çəkidə mübarizə aparan pəhləvanımız Rusiyanın Ufa şəhərində təşkil olunan mundalda çempion tituluna yiyələnib.
Yarımfinalda Fransanı təmsil edən erməni əsilli Qaqik Snjoyana tam üstünlüklə qalib gələn Cəfərov həlledici görüşdə Sahak Ovanisyana (Ermənistan) da gücünü göstərib. O, rəqibini 7:0 hesabı ilə məğlub edərək dünya çempionu tituluna yiyələnib.
Həsrətdən öncə bürünc medal görüşündə Şerməhəmməd Şaribcanovla (Özbəkistan) üz-üzə gələn Nihat Məmmədli də qələbə qazanıb. 5:1 hesabı ilə qalib gələn təmsilçimiz dünya çempionatını 3-cü yerdə bitirib.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən daha öncə Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) bürünc medal qazanıb.///Apasport.az
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












