Azərbaycan “İskəndər-M” raketinin qalıqları ilə bağlı Rusiyaya rəsmi məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda “İskəndər-M” raketlərinin qalıqlarının tapılması barədə məlumatları müzakirə etdiyini deyib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, məsələ ilə bağlı müzakirə aprelin 1-də baş tutub: “Bu məsələni müzakirə etdik. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyi fotoşəkillər, dəlillər ilə birlikdə rəsmi məktub göndərib. Ancaq hələlik heç bir cavab almamışıq”.
O, həmçinin rəsmi Yerevanın raketlərlə bağlı açıqlamalarını tənqid edib: “Onlar gah partlamamış raketlərdən danışırlar, gah da bunun sirr olduğunu deyirlər. Demək ki, onlardan istifadə olunub. Yerevandan rəsmi cavab gözləyirik”.
Prezident rəsmi Bakının bu mövzuda kifayət qədər məlumata sahib olduğunu diqqətə çatdırıb.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












