Azərbaycan İsraildən 2 milyard dollarlıq silah almaq üçün danışıqlar aparır

"Azərbaycan İsrail şirkətlərindən 2 milyard dollarlıq silah almaq üçün danışıqlar aparır".
Ordu.az xəbər verir ki, bu barədə İsrailin nüfuzlu "İsrail Hayom" nəşri yazır.
Nəşrə görə, yeni silahların alınması üçün iki əsas amil irəli sürülür. "Birincisi Azərbaycan və Ermənistan arasında köhnə sərhədlər boyunca gərginliyin davam etməsidir. Bir çoxları bunun üçüncü Qarabağ müharibəsinə çevrilə biləcəyini düşünür.
İkinci faktor Azərbaycanın İkinci Dağlıq Qarabağ Müharibəsində qələbə qazanmasından sonra İsraillə münasibətlərinin dərinləşməsidir. Bu yaxınlarda Azərbaycan İsraildə Ticarət və Turizm Palatasının tarixi açılışını həyata keçirib", - deyə nəşrdə dərc olunan məqalədə bildirilir.
Qeyd olunur ki, Bakı son günlərdə İsrailin müxtəlif sahələrdəki şirkətləri ilə, eləcə də ballistik raketlər və PUA-lar daxil olmaqla müxtəlif növ döyüş sursatları ilə maraqlanır. Bunlar önümüzdəki aylarda imzalanması gözlənilən yüz milyonlarla dollarlıq müqavilələrdir. Bu sövdələşmələr silah alqı-satqısına qarşı ermənilərin təzyiqlərinə baxmayaraq, Bakı ilə münasibətlərin İsrail rəsmiləri üçün əhəmiyyətinin sübutu olacaq.
Türkiyədəki müstəqil şərhçi Oğul Tuna Azərbaycanın ticarət və turizm bürolarının yaradılmasının Bakının İsraildə səfirliyinin açılmasının xəbərçisi olduğunu bildirib. Əgər bu reallaşarsa, Bəhreynin İsraildə ilk səfirlik açmasında sonra Azərbaycan İsraildə səfirliyə malik olan ikinci belə ölkə olacaq.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












