Azərbaycan mülki aviasiyası 86 illiyini qeyd edir – FOTO

2 iyun 2024-cü il, Bakı – İyunun 2-də Azərbaycanın mülki aviasiya işçiləri peşə bayramlarını və Azərbaycan mülki aviasiyasının 86-cı ildönümünü qeyd edirlər.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli “Mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.
Mülki aviasiyanın 86-cı ildönümünün qeyd edilməsi çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət ediblər. Ziyarətçilər xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Azərbaycanın mülki aviasiyası həm Ümummilli lider Heydər Əliyevin rəhbərliyi, həm də dövlət başçısı İlham Əliyevin daimi dəstəyi sayəsində tərəqqiyə nail olub.
İyunun 2-də qeyd olunan Mülki Aviasiya Günü aviasiya işçilərinin ölkənin inkişafına, iqtisadi artımına və dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələrinin simvoludur.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















