Azərbaycan Rusiya və Türkiyəyə avtobus marşrutlarının sayını açıqladı

2021-ci ilin I rübü ərzində, şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına cəlb edilməsi məqsədilə müsabiqənin keçirilməsi üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni müsabiqə komissiyası yaradılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 2021-ci ilin I rübü üzrə görülən işlər barədə rüblük hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, Azərbaycan, Rusiya və Türkiyə hökumətləri arasında imzalanmış beynəlxalq avtomobil əlaqələri haqqında Sazişlərə uyğun olaraq, 2021-ci il üçün Rusiya Federasiyasına 8, Türkiyə Respublikasına isə 2 istiqamət olmaqla, 10 istiqamət üzrə beynəlxalq müntəzəm avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub.
Xatırladaq ki, 2020-ci il ərzində Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyası, Gürcüstan, Türkiyə Respublikası, İran İslam Respublikası Hökumətləri arasında bağlanmış Beynəlxalq avtomobil əlaqələri haqqında Sazişlərə uyğun olaraq 34 istiqamət üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilən müntəzəm beynəlxalq avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub. O cümlədən Rusiya Federasiyasına – 13 istiqamət üzrə, Gürcüstana – 12 istiqamət üzrə, Türkiyə Respublikasına – 3 istiqamət üzrə, İran İslam Respublikasına – 5 istiqamət üzrə və İraq Respublikasına – 1 istiqamət üzrə gedişlər təşkil olunub.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












