Azərbaycan üzərindən tranzit daşımalar son 5 ildə 2,5 dəfədən çox artıb

2019-2024-cü illərdə Azərbaycan üzərindən tranzit daşımaların həcmi 2,5 dəfədən çox artıb.
Avtosfer.az xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
O qeyd edib ki, beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın tranzit ölkə mövqeyini möhkəmləndirir, biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradır: “Tranzit daşımalarının artımı Azərbaycanın Şimal-Cənub və Orta Dəhliz kimi dəhlizlərdəki mövqeyinin güclənməsi ilə əlaqədardır. Xüsusilə Orta Dəhliz vasitəsilə Çindən Avropaya yükdaşımaların səmərəliliyi artırılıb, tranzit müddəti 8-10 günə qədər azaldılıb. Bu nəticələr elektron xidmətlərin tətbiqində aparılan ardıcıl işlər hesabına əldə olunub. Elektron gömrük sisteminin istifadəsi nəticəsində əvvəllər günlərlə vaxt aparan əməliyyatlar indi bir neçə saat ərzində həyata keçirilir. Bu dəyişikliklər təkcə vaxt qazanmaq deyil, həm də iş mühitinin optimallaşdırılmasına və proseslərin daha şəffaf həyata keçirilməsinə töhfə verir. Həm tranzit müddətinin, həm də bəyannamələrin emalı müddətinin daha da azaldılması imkanları mövcuddur. Bu imkanları gömrük orqanları və biznes araşdırmalı və tətbiq etməlidir”.
Ş.Mövsümovun sözlərinə görə, yalnız dialoq vasitəsilə özəl sektorla dövlət qurumları arasında ikitərəfli konstruktiv əməkdaşlığa nail olmaq mümkündür. O, gömrük və biznes arasında münasibətlərin inkişafının Prezident İlham Əliyevin diqqəti və iradəsi ilə yeni zirvələrə çatdığını diqqətə çatdırıb: “Gömrük prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və bürokratik maneələrin aradan qaldırılması sahəsində yerli və xarici sərmayəçilər üçün daha əlverişli şərait yaradılıb. Bu islahatlar iqtisadiyyatımızı gücləndirərək, Azərbaycanın qlobal dəyər zəncirində mühüm oyunçu olmasına şərait yaradır”.
(index.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












