Azərbaycan və İran gömrükdə əməkdaşlıq üzrə Tədbirlər Planını təsdiqləyib - FOTO

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) və İranın Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib.
Bu barədə Avtosfer.az-a DGK-dan bildirilib.
Məlumata görə, bu məqsədlə iki ölkənin gömrük xidməti nümayəndələri arasında görüş keçirilib. Görüşdə DGK sədri Səfər Mehdiyev və Naxçıvan MR DGK-nın sədri Səhət Həbibbəyli, İranın Gömrük naziri Alirza Müqəddəsi, Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Leili Orangi, Culfa-Mərənd bölgəsi üzrə millət vəkili Məsumə Paşayi və digər şəxslər iştirak edib. Görüşdən öncə İranın Culfa Gömrük İdarəsinə baxış olub.
Tərəflər iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarəti formalarının minimuma endirilməsi, yük nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması ilə bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıb.
Bundan başqa, görüşdə 11 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Höküməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun icrasından irəli gələn aidiyyəti gömrük məsələlərinin həlli istiqamətində qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarının müqayisəli gömrük statistikasının aparılması üzrə tədbirlərin görülməsi, yeni gömrük buraxılış məntəqələrinin açılması və mövcud buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi istiqamətində danışıqlar aparılıb.
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT













