Azərbaycan və Türkiyə arasında daşımalara dair əməkdaşlıq inkişaf etdiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Birliyinin (UND) gələcək əməkdaşlığa dair birgə onlayn konfransı baş tutub.
Konfransı giriş sözü ilə açan DANX-ın rəisi Həbib Həsənov Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə iştirakçılara məlumat verib və gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib.
ABADA-nın baş katibinin müavini Kənan Qurbanov iki ölkə arasındakı daşımalara dair son statistik göstəriciləri tədbir iştirakçılarına təqdim edib. Həmin göstəricilərin ötən illərlə müqayisəli təhlili aparılıb.
UND-un idarə heyətinin sədri Çətin Nuhoğlu beynəlxalq daşımalarda iştirak edən sürücülərin təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib. Proqram çərçivəsində mütəmadi görüşlərin keçirilməsi və müzakirələrin aparılmasının təşkili və tənzimlənməsi məqsədilə birgə işçi qrupunun yaradılmasına qərar verilib.
Tədbirin yekununda iki ölkə arasında daşımalara dair gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün ABADA və UND arasında təhsil sahəsində təcrübə mübadiləsinə dair razılaşma əldə edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












