Azərbaycan və Türkiyə arasında rəqəmsal transformasiya üzrə müqavilə imzalandı

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanın rəqəmsal transformasiya konsepsiyasının həyata keçirilməsi, kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi, “Hökumət buludu” və digər məsələlər üzrə gələcək əməkdaşlıqla əlaqədar müzakirələr aparılıb.
Görüşün sonunda “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun Yol Xəritəsi” imzalanıb.
Yol Xəritəsi əsasında əməkdaşlığın əsas məqsədlərini rəqəmsal transformasiya sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi ilə yanaşı, insan resurslarının inkişafı təşkil edir.
Xatırladaq ki, sözügedən İşçi qrupunun yaradılması məsələsi 2021-ci ilin fevral ayında Türkiyədə keçirilmiş görüşdə tərəflər arasında razılaşdırılıb. Sonrakı görüşlər zamanı əməkdaşlıq üzrə əsas istiqamətlər müəyyən edilərək Yol Xəritəsinin hazırlanmasına dair razılığa gəlinib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












