Azərbaycan vətəndaşlarının bu ölkəyə girişinə icazə verildi

Almaniya Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verib.
APA-nın "schengenvisainfo"ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları turizm məqsədilə Almaniyaya səfər edə bilərlər.
Əlavə edək ki, iyunun 25-dən etibarən Almaniya üçüncü ölkələrdən gələn və Avropa Tibb Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndlərini ("Pfizer", "Moderna", "AstraZeneca" və "JohnsonJohnson") vurdurmuş turistlərinin ölkəyə girişi barədə qərar çıxarıb.
İyulun 1-də Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla, 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












