“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ötən ili mənfəətlə başa vurub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2020-ci ili 45,043 milyon manat xalis mənfəətlə başa vurub.
Avtosfer.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 29,5% azdır.
Ötən il ASCO-nun əsas əməliyyat gəlirləri 421,049 milyon manat (əvvəlki illə müqayisədə 12,1% az), satışlarının maya dəyəri 259,559 milyon manat (13,5% az), ümumi və inzibati xərcləri 40,86 milyon manat (20,6% az), sosial xərcləri 12,542 milyon manat (1,5% çox), digər əməliyyat gəlirləri 19,602 milyon manat (39% az), digər əməliyyat xərcləri 61,369 milyon manat (8,3% çox), əsas vəsaitlərinin silinməsindən gəlirləri 71 min manat (əvvəlki il zərər olub), törəmə müəssisələrin silinməsindən zərəri 559 min manat (əvvəlki il olmayıb), məzənnə fərqindən zərəri 1,951 milyon manat (əvvəlki il gəlir olub), maliyyə xərcləri 2,68 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 16,159 milyon manat (37% az) təşkil edib.
Bu il yanvarın 1-nə ASCO-nun aktivləri 1 263,33 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,2% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,7% azalaraq 230,973 milyon manata çatıb, balans kapitalı isə 5,6% artaraq 1 032,357 milyon manata çatıb.
Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












