Azərbaycan XİN-dən Nyu-York merinin "erməni soyqırımı" iddialarına SƏRT CAVAB

"Nyu-York şəhərinin meri Zohran Mamdani, ictimai şəxslər məsuliyyətli davranmalı, yanlış məlumat yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan əsassız bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər".
Avtosfer.az xəbər verir ki, bunu Xarici işlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinin meri Zohran Mamdaninin "erməni soyqırımı" ilə bağlı paylaşımına cavabında bildirib.
O, paylaşımında qeyd edib:
"Biz sizin təxribat xarakterli bəyanatınızı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və faktları siyasi məqsədlər naminə təhrif edir.
2020-ci ildə Azərbaycan beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış suveren ərazisi daxilində hərəkət edib.
2023-cü ildə həyata keçirilən antiterror tədbirləri üçonillik davam edən qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpası ilə nəticələnib. "Qovulma" iddiaları isə erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təklif edildiyini nəzərə almır.
Seçilmiş bir vəzifəli şəxsin birtərəfli yanaşmanı təşviq etməsi, işğal dövründə yüzminlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qırğınları, həmçinin mədəni və dini irsin məhv edilməsini görməzdən gəlməsi xüsusilə narahatedicidir.
Belə məsuliyyətsiz açıqlamalar qəbuledilməzdir və dərhal silinməlidir".
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










