Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşların yerinə yetirilməsi təklif olunub

Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko bu gün Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ilə görüşüb.
"APA-Economics"in "BelTA"ya istinadən verdiyi məlumata görə, görüş zamanı ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.
Məlumata görə, görüşdə tərəflər Azərbaycan və Belarus arasında müntəzəm uçuşların pandemiya öncəsi səviyyədə bərpa olunmasını müzakirə ediblər.Bununla yanaşı, görüş zamanı A. Avramenko AZAL-ın Bakı-Minsk-Nyu-York-Minsk-Bakı marşrutu ilə transkontinental uçuşun təşkili imkanlarını nəzərdən keçirməyi təklif edib.
“Hava limanının yaxşı inkişaf etmiş marşrut şəbəkəsi sayəsində Minsk üzərindən ABŞ-a uçuşlar yalnız ölkələrimizin vətəndaşları üçün deyil, Baltikyanı ölkələrdən olan sərnişinlər üçün də cəlbedici ola bilər", - A. Avramenko qeyd edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












