Azərbaycana xaricdən uçuşların sayı 21 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 40ölkədən 20 345 aviareys təşkil olunub.
Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,6 %) və 3 532 aviareys (21%) çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 5 958 reys. Bu da 1 il əvvələ nisbətən 14,9 % çoxdur.
9 ayda Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 4 482 uçuş olub ki, bu da illik müqayisədə 3,9 %çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 2 362 reyslə (+35,4 %) daxil olub.
TOP-10-luğa həmçinin Gürcüstan 1 528 (+ 30,4%), Qazaxıstan 659 ( + 8,3 %), Səudiyyə Ərəbistanı 655 (- 9,6 %) , Hindistan 493 ( +4,6dəfə), Qətər 444 (61,4 % çox), İsrail 331 (+ 21,2 %), və Küveyt 330 (+ 20,8 % ) daxildir.
İndiyə qədər ilk 10-luqda olan Özbəkistan ( 325 aviareys, - 30 %) 11-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.
Təkcə sentyabrda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 14,9 % artaraq 2 399 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 732 uçuş olub ki, bu da illik müqayisədə 14,3 % çoxdur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












