Azərbaycanda benzin yenidən bahalaşdı - YENİLƏNİB

“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb. O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır:
“Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”.
****
"Aİ-95" ("Premium") markalı yanacağın pərakəndə satış qiymətində dəyişiklik baş verib.
Avtosfer.az xəbər verir ki, bu gün səhər saatlarında yanacaqdoldurma məntəqələrində "Aİ-95" markalı yanacağın satış qyiməti 1.45 AZN olub. Bu isə 5 qəpiklik bahalaşmadan xəbər verir.
"Aİ-95" markalı yanacaq bu gün səhər saatlarından SOCAR, LUKoil və "Azpetrol" YDM-lərində yeni qiymətə satılır. "Aİ-92" və dizel yanacağının pərakındə satış qiymətində dəyişiklik yoxdur. Əldə etdiyimiz məlumata görə, "Aİ-95" markalı yanacağın bahalaşmasının səbəbi idxal dəyərinin artmasıdır.
Bununla bağlı rəsmi təsdiq yoxdur.///index.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












