Azərbaycanda beynəlxalq avtomobil daşıyıcılarının sayı 3 dəfəyə yaxın artıb

Bu ilin I yarısında Azərbaycanda beynəlxalq avtomobil daşımaları ilə məşğul olan 204 fiziki və hüquqi şəxs olub.
Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Son 1 ildə beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı isə 2,7 dəfə artaraq 7 208-ə çatıb.
Hesabat dövründə daşıyıcılara 1 il əvvələ nisbətən 29,7 % çox “İcazə” blankı verilib. Bu da beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının aktivliyinin 22,4 % artması deməkdir.
Azərbaycanla ən çox beynəlxalq avtomobil daşımaları həyata keçirilən ölkələr üzrə ikitərəfli avtomobil daşımaları bazarında 4 % artım qeydə alınıb. Ötən ilin yanvar – iyun ayları ilə müqayisədə həmin istiqamətlər üzrə həyata keçirilən daşımalarda Azərbaycan daşıyıcılarının iştirakı 6 815 ədəd artıb, xarici daşıyıcıların iştirakı isə 2 234 ədəd azalıb. Qonşu ölkələr üzrə Azərbaycan daşıyıcılarının bazar payı Türkiyə istiqamətində 7,7 %, Gürcüstan istiqamətində 10,2 %, Rusiya istiqamətində 5,4 %, İran istiqamətində isə 7,2 % artıb.
2021-ci ilin ilk 6 ayı ilə 2022-ci ilin eyni dövrünü müqayisə etdikdə Azərbaycanda beynəlxalq avtomobil daşımaları bazarının 3,2 % böyüməsi müşahidə olunur. Bu bazarda yerli daşıyıcıların payının artması da nəzərəçarpandır. Belə ki, Azərbaycanla tərəfdaş ölkələr arasında bazar payı paritetə yaxınlaşır. Ötən il yerli daşıyıcıların payı 39,5 % idisə, 2022-ci ildə bu rəqəm 47 % təşkil edir.
Azərbaycan daşıyıcıları 2021-ci ilin ilk 6 ayında 8 242 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2022-ci ilin müvafiq dövründə bu göstərici 12 726 olub. Bu da öz növbəsində üçüncü ölkələrə bu xidmətlərin ixracında 54,4 % artım deməkdir.
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO








