Azərbaycanda beynəlxalq müdafiə sərgisi keçiriləcək

2022-ci ildə Azərbaycanda “ADEX-2022” beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək.
Avtosfer.az-ın “Expoclub”a istinadən verdiyi məlumata əsasən, sərgi 6-8 sentyabr 2022-ci il tarixlərində baş tutacaq.
Belə ki, sərgidə 44 Türkiyə şirkətinin iştirakı gözlənilir. Həmçinin, sərgidə İsrail və Rusiyadan 14 şirkətin də iştirakı təmin ediləcək. Sərgidə “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, IAI, “Roketsan”, “Rosoboronexport”, “Thales” və başqa tanınmış şirkətlərin hərbi texnikalarının nümayiş etdirilməsi gözlənilir.
Qeyd edilib ki, sərgi “Baku Expo Mərkəzi”ndə təşkil ediləcək. Bildirilib ki, sərgi hərbi müdafiə komplekslərinin müxtəlif sahələr üzrə müasir müdafiə texnologiyaları və nümunələri, dünya silah bazarına ixracı təklif olunan hərbi texnikanın son inkişafı ilə tanış olmaq imkanı yaradır.
Sərginin keçirilməsində məqsəd hərbi-texniki əməkdaşlığın gücləndirilməsi, xarici tərəfdaşlıq dairəsini genişləndirmək, Azərbaycan və xarici hərbi texnika istehsalçılarının son nailiyyətlərinin nümayişi, dünyanın hər yerindən hərbi texnika istehsalçıları və müştəriləri arasında işgüzar əlaqələrin inkişafı, Azərbaycanın müdafiə sənayesinin nailiyyətlərinin və potensialının yerli və beynəlxalq ictimaiyyətə nümayişini təşkil edir.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












