Azərbaycanda bəzi deputatlara MƏNZİL VERİLDİ

Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib.
Modern.az saytının əldə etdiyi məlumatı parlamentarların özləri də təsdiqləyiblər. Lakin mənzil alan deputatlar təbrikləri qəbul etsələr də, bu mövzuda danışmağa həvəs göstərməyiblər.
Araşdırma zamanı bu məsələyə dair digər maraqlı məlumatlar da ortaya çıxıb. Məlum olub ki, VI çağırış Milli Məclisin bəzi deputatları mənzil almaq təklifindən imtina ediblər. Bunu onunla əsaslandırıblar ki, yaşayış şəraitləri kifayət qədər yaxşı olduğundan yeni mənzilə ehtiyacları yoxdur.
Amma mənzilləri olan bəzi deputatlar yeni evə də "yox" deyə bilməyib və bunun üçün məktub yazaraq, əlavə yaşayış sahəsinə sahibləniblər.
Beləliklə də yeni mənzil alanlar arasında həm evi olanlar, həm də buna ehtiyac duyanlar var.
Qeyd edək ki, Milli Məclisin əvvəlki çağırışlarında da deputatlara mənzillər verilib.
Xatırladaq ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əsasən, deputatlar mənzillə təmin oluna bilərlər.
Sözügedən qanunun 26-cı maddəsində deyilir:
"Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir".
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
KMBİ-dən hüquq-mühafizə orqanlarının adı ilə kiberdələduzluğa qarşı ƏMƏLİYYAT - VİDEO
Bu marşrutların dayanacaq məntəqələrinin yerləri dəyişdirildi
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI










