Azərbaycanda bu rayonlara qar yağdı - SİYAHI

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a bildirilib ki, oktyabrın 22-si saat 9:00-a olan məlumatına əsasən sinoptiklər tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir.
Lerikdə 24 mm, Neftçalada 21 mm, Xaçmaz, Qobustanda 18 mm, Lənkəran, Cəfərxanda 14 mm, Şabran, Sabirabadda 13 mm, Quba, Xaltanda 12 mm, Oğuz, Ağsu, Altıağac, Astarada 10 mm, Qusar, İsmayıllı, Mingəçevirdə 7 mm, Zəngilan, Qəbələdə 6 mm, Yevlaxda 5 mm, Şəkidə 4 mm, Göyçay, Yardımlı, Şahbuz, Ağdamda 3 mm, Şuşa, Şamaxı, Qrız, İmişli, Şahdağ, Şirvan, Biləsuvarda 2 mm, Füzuli, Kəlbəcər, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Balakən, Qax (Sarıbaş), Tərtər, Salyan, Zərdab, Kürdəmirdə 1 mm-dək olub.
Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız, Xınalıqda qar yağıb.
Oktyabrın 21-i saat 22:40 radələrində Oğuz rayonu Xaçmaz və Xaçmaz qışlaq kəndlərinə diametri 4-5 mm olan, saat 23:50 radələrində isə Şəkinin Oxud və Kiş kəndlərinə diametri 3-4 mm olan dolu düşüb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 0-5, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












