Azərbaycanda da Türkiyədəki kimi tam qapanmalar olacaq? - AÇIQLAMA

"Azərbaycanda indiki dövrə olan məhdudiyyətlərin, əhalinin qorunma tədbirlərinə riayət etməsi hesabına yoluxma sayında ciddi artım müşahidə olunmur".
Avtosfer.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova deyib.
İnfeksionist bildirib ki, vaksinasiyaya göstərişi olan şəxslərin qısa müddətdə vaksinasiya olunmaları COVİD xəstələrinin ağırlaşmalarının qarşını alacaq:
"Məktəblərə, təhsil müəssisələrinə qoyulan məhdudiyyətlər, qapanmalar düşünürəm ki, yoluxma sayının artmasının ciddi şəkildə qarşısını alıb. Ona görə də, hazırda bizim üçün elə bir təhlükə yoxdur. Amma yenə də bu, insanları rahatlatmamalıdır. Yoluxma sayının stabil rəqəmlərdə qalması insanları aldatmamalıdır. Yenə qorunma qaydalarına əməl etməkdə davam etməliyik. Maska, əl gigiyenası, sosial məsafə və qapalı məkanlardan uzaq olmaq kəskin yoluxmanın qarşısını almaq üçün ən mühüm qorunma qaydalarımızdır.
Təbii ki, vaksinasiyaya göstərişi olan şəxslərin də qısa müddətdə vaksinasiya olunmaları xəstəliyin ağırlaşmalarının və ölüm səviyyəsinin enməsinə, stasionar yatışlara ehtiyacın azalmasına səbəb olacaq.
Hazırda Azərbaycanda Türkiyədəki kimi tam qapanmalara ehtiyac olmadığını düşünürəm".
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












