Azərbaycanda daha bir 15 yaşlı qız özündən böyük oğlanla evləndirilib

Xaçmaz rayonunda 15 yaşlı qız 29 yaşlı oğlanla evləndirilib.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O bildirib ki, rayonun Qımıl-Qışlaq kənd sakini olan 15 yaşlı qızın hələ noyabr ayında 16 yaşı olacaq.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapsa, məsələyə hüquqi qiymət veriləcək.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov Oxu-az - a açıqlamasında bildirib ki, yayılan məlumat barədə araşdırma aparılır.
Qeyd edək ki, son günlər yeniyetmə qızların evləndirilməsi faktları barədə bir neçə məlumat yayılıb.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












