Azərbaycanda daha bir helikopterin əsaslı təmiri başa çatıb - VİDEO - FOTO

Rusiya mütəxəssisləri ilə birgə “Mi” tipli helikopterin növbəti səyyar əsaslı təmiri uğurla başa çatıb.
“ASG Helicopter Services” şirkətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycanın mülki aviasiya tarixində ilk dəfə belə irimiqyaslı layihənin həyata keçirilməsi “ASG Holding”in prezidenti Teymur Məmmədovun və Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirovun iştirakı ilə Zabrat hava limanında keçirilən tədbirdə qeyd edilib. Tərəflər müvafiq “təhvil-təslim” aktını imzalayıb və onlara helikopterin simvolik açarı təqdim olunub.
Qeyd olunan Servis mərkəzi “ASG Helicopter Services”in törəmə şirkətidir və Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri ilə məşğuldur. Bu, Azərbaycan ərazisində həyata keçirilən üçüncü təmirdir. Lakin əvvəlki iki təmirdən fərqli olaraq bu dəfə hərbi-nəqliyyat təyinatlı helikopterin təmiri həyata keçirilib. Səyyar əsaslı təmir xidmətlərinin göstərilməsi, helikopter istehsalçıları tərəfindən Servis mərkəzinə icazənin verilməsi və hava gəmilərinin əsaslı təmirinin aparılması üçün müvafiq müstəqil sertifikatın alınması prosesinin bir hissəsidir.
Bölgədə Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri üçün ilk aviasiya təmiri müəssisəsinin tikintisinə 2020-ci ildə “ASG Helicopter Services” tərəfindən tam maliyyələşdirilməklə başlanılıb.
Qeyd edək ki, həmin mərkəz hazırda bu sahədə istifadə olunan müasir avadanlıqlarla təchiz olunub. Mərkəzin istehsalat gücü İldə 12 vahiddən 15 vahidədək təmirin aparılması üçün nəzərdə tutulub. Güc qurğularının və çıxarıla bilən avadanlıqların bir hissəsinin təmiri həm ölkədəki, həm də xaricdəki aparıcı sənaye müəssisələrində həyata keçiriləcək. Aviaşirkətin əsasında tam funksional Servis mərkəzini yaratmaq fikri ilk maşının səyyar təmiri mənimsənildikdən sonra yaranıb. Belə bir mərkəzin yaradılması layihəsi Azərbaycan ilə Rusiya arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın protokollarının bir hissəsi olub.
Qeyd edək ki, Servis mərkəzində işlərin ilkin mərhələsində 100 nəfərədək şəxsin işlə təmin olunması planlaşdırılır. Gələcəkdə Mərkəzin istehsal dövriyyəsi artdıqca işçilərin sayıda artırılacaqdır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












