Prokurorluq sevgilisi ilə azyaşlı uşağının dilini qoparan ananın məsələsini nəzarətə götürdü - FOTO - YENİLƏNİB

Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir”, - deyə qurumdan vurğulanıb.
14:46
Azərbaycanda beş yaşlı uşaq anası və sevgilisi tərəfindən zorakılığa məruz qalıb.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
K.Ağazadə bildirib ki, bir neçə gün əvvəl anası tərəfindən beş yaşlı uşaq nənəsinin əvvəllər çalışdığı kafeyə atılıb:
“İşçilər nənəyə zəng vurub dedi ki, uşaq ölür... Azyaşlı xəstəxanaya yerləşdirildi. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Dünən xəstəxanada olduq, çəkilişimizi də Daxili İşlər Nazirliyinə göndərmişik. Təhqiqat gedir. Bu gün nənə ilə də görüşdüm.
Nənə uşağa bunu edənin qızı Səadət ilə onun sevgilisi Kamran adlı şəxs olduğunu iddia edir. Uşağın bədənində siqaret izləri, qançırlar, dilinin qoparılması, toxumaların çürüməsi ona edilən ağır işgəncələrdən xəbər verir. Uşaq da bildirir ki, onu Kamran döyüb. “Dilimi də o dişlədi... Anam da oradaydı...”.
“Nənənin dediyinə görə, Kamran tərəfindən daha öncə də uşağa qarşı zorakılıq olub. Sonra o, üzr istəyib və şikayət geri götürülüb. Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidir...“patı”... Gerisini aidiyyəti qurumlara buraxıram”, - deyə K.Ağazadə əlavə edib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












