Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb
Xəbərlər
16 Aprel 2021 15:35

Azərbaycanda dəniz nəqliyyatı ilə bu ilin yanvar-mart aylarında daşınan yüklərin həcmi 1 483,0 min ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1% azdır.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yüklərin 43,1%-ni neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 2 328,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2 245,0 min tonunu və ya 96,4%-ni tranzit yüklər təşkil edib.2021-ci il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 59 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 34,7% azalaraq 3,2 min nəfər olub.
Oxunub : 1200
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












