Azərbaycanda dizel yanacağının istehsalı 12 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 417 milyon manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 8,5 % çoxdur.
Hesabat dövründə 690,1 min ton həcmində avtomobil benzini, 1 milyon 458,7 min ton dizel yanacağı, 30,6 min ton sürtkü yağları, 197,1 min ton neft bitumu istehsal edilib.
Belə ki, bu ilin 7 ayı ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 3,6 % azalıb, neft bitumunun istehsalı 14,3 %, dizel yanacağının istehsalı isə 11,9 %, sürtkü yağlarının istehsalı 88,9 % artıb.
Həmçinin, bu ilin 7 ayında ölkədə 247,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 291,3 min ton ağ neft, 25,5 min ton yanacaq mazutu, 153,7 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 55,4 %, neft koksunun istehsalı 21,1 %, ağ neftin istehsalı 3,9% artıb, yanacaq mazutunun istehsalı 39 % azalıb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












