Azərbaycanda yükdaşıma üzrə işçi qrup yaradıla bilər - Mikayıl Cabbarovdan TƏKLİF

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində müvafiq dövlət qurumları, avtomobil beynəlxalq yükdaşıma şirkətlərinin nümayəndələri və bu sahə üzrə ictimai birliklərin təmsil olunduğu işçi qrupun yaradılması məqsədəuyğundur. Avtosfer.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüşü zamanı deyib. O, görüş iştirakçılarını fəal müzakirələrə, açıq dialoqa dəvət edib.
Nazir qeyd edib ki, ölkədə son dövrlərdə qeyri-neft sektoru üzrə ixrac, idxal və tranzit dövriyyələrinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir ki, bu da öz növbəsində, beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərir. İqtisadiyyatın inkişafında, qarşıya qoyulmuş hədəflərə nail olunmasında infrastrukturun əhəmiyyətli rol oynadığını qeyd edən Mikayıl Cabbarov yükdaşımalar bazarında rəqabətin böyük olduğunu, yerli şirkətlərin rəqabətə davamlılığının artırılmasının vacibliyini bildirib.
Nazirin sözlərinə görə, yükdaşımalarda avtonəqliyyat vasitələri ilə daşımalar böyük yer tutur. Avtonəqliyyat vasitəsi ilə beynəlxalq yük daşıyan yerli şirkətlərin bu sahədə payının artırılması üçün mühüm addımlar atılması zəruridir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












