Azərbaycanda icra başçısının sabiq müavini vəfat etdi - FOTO

Cəlilabad rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı işləri üzrə keçmiş müavini, alim aqronom, aqrar elmləri üzrə fəlsəfə doktoru Firudin Şərbətov vəfat edib.
Mərhum alim 62 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Şərbətov Firudin Vəzir oğlu 24 noyabr 1958-ci ildə Cəlilabad rayonunun Cəlayir kəndində anadan olub. 1965-ci ildə Cəlilabad rayonunun Andreyevka kənd məktəbinin 1-ci sinfinə getmiş və həmin məktəbin 10-cu sinfini 1975-ci ildə bitirib. 1975-ci ildə Kirovabad şəhərindəki S.Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olub. Həmin institutu 1980-ci ildə bitirib.
O, 1992-ci ildə isə Cəlilabad rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı işləri üzrə müavini vəzifəsinə təyin edilib.
1994-cü ilin fevral ayından 1996-cı ilə qədər Cəlilabad Təcrübə Stansiyasında “Seleksiya və toxumçuluq” şöbəsinin müdiri vəzifəsini icra edib.
2019-ci ildən etibarən Əkinçilik ET İnstitutunda “Bitki seleksiyası” şöbəsində aparıcı elmi işçi vəzifəsində calışıb. Ərzaq paxlalıları proqramının rəhbəri olub. (“Report”)

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












