Azərbaycanda ilk dəfə mədəni şəkildə küncüt əkininə başlanıb - FOTO

Saatlı rayonu Əhmədbəyli kəndində 1 hektar ərazidə küncüt əkininə start verilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti bu sahənin inkişafına dəstək məqsədi ilə həmçinin digər fermerlərin də bu sahəyə marağının artırılasını təşviq etmək üçün bir sıra addımlar atıb.
ASC bu sahənin inkişafına dəstək həmçinin digər fermerlərimizin də bu sahəyə marağının artırılmasını təşviq etmək üçün artıq bir sıra addımlar atıb.
Belə ki, Cəmiyyət ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik olan bu sahələr üçün fermerlərə kompleks aqrotexniki xidmətlər təklifi hazırlayıb. Bu təkliflər çərçivəsində əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika təminatı, beərilmədə istifadə ediləcək keyfiyyətli mineral gübrə təminatı, zərəvericilərə qarşı dərmanlar, həmçinin məhsulun itkisiz yığılıb fermerə təqdim edilməsi işləri həyata keçiriləcəkdir.
Küncüt qeyri-ənənəvi bitki olduğu üçün fermerlərin maarifləndirilməsi və bitkinin vegetasiya müddətində düzgün qulluğun edilməsi üçün “Aqroservis” ASC Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edərək, bu kimi sahələrə aqronomların ayrılması, bitkinin düzgün inkişafı üçün aqro texniki məsələlərin həlli istiqamətində müvafiq işlər görüb.
Görülən işlərin əsas məqsədi maarifləndirmə və bu sahəyə olan marağın artırılması ilə yanaşı, texniki təminat göstərmək, iqtisadi cəhətdən daha çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçiliyi inkişaf etdirmək həmçinin küncütün əvvəlki şöhrətini yenidən qaytarmaqdır.
Məlumat üçün bildirək ki, küncüt bitkisi heyvandarlıq üçün də əlverişli hesab olunur. Mütəxəssislər bu sahəyə əhəmiyyət verməyi vacib hesab edirlər. Küncütün tərkibində güclü antioksidant "sezamin" var. Bu maddə xərçəngin profilaktikasında effektlidir. Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarktın riskini azaldır. Kalsiumla zəngin olan küncüt sümük və oynaqların sağlamlığı üçün də olduqca faydalıdır. Tərkibində A, E və C vitaminləri kimi güclü antioksidanların sayəsində küncüt orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərinin inkişafına mane olur. Hektara 1-1,5 kiloqram toxum səpməklə 2 ton, 2 ton yarım məhsul əldə olunur. küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər.
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO














